Tehran-Moskva sazişi: Azərbaycan müstəsna rol oynayacaq

 20-01-2025

İranla Rusiya arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişində Azərbaycan çox mühüm rola malikdir.

Ölkə.Az irna-ya istinadən xəbər verir ki, rəsmi Tehran sənədin müddəalarının reallaşmasında Şərqi Azərbaycanın və Azərbaycan Respublikasının xüsusi rolunun olduğunu qeyd edir.

Belə ki, sənəddə Kazanla Təbriz arasında qardaşlaşmış şəhər müddəası əksini tapıb. 

Qeyd olunub ki, Təbrizin Rusiya ilə ticarət əlaqələrinin tarixi 300 il əvvələ gedib çıxır. İndiki dövrdə də Rusiya ilə İran arasında Şərqi Azərbaycan üçün iqtisadiyyat və ticarət baxımından mühüm rol oynayır. Bu səbəbdən də ən qədim ticarət mərkəzi hesab edilən Təbrizlə Rusiya arasında ticari əlaqələrin qurulması, Şərqi Azərbaycan vilayətindəki strateji tranzit dəhlizlərinin olmasının imkanların tanıdılması və inkişaf etdirilməsi, qarşılıqlı sərgilərin keçirilməsi, eyni zamanda Şərqi Azərbaycanla Rusiya vilayətləri arasında birbaşa iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.

Rəsmi Tehran hesab edir ki, Şərqi Azərbaycanla əlaqələrin inkişafı iki ölkə arasında strateji əməkdaşlığın hərəkətverici qüvvəsi olacaq.

Şərqi Azərbaycanla Tatarıstan arasında əlaqələrin inkişafı ABŞ-nin amansız sanksiyaların təsirini azaltmağa öz töhfəsini verəcək.

Sənədin reallaşmasında, o cümlədən regional əlaqənin yüksək səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının xüsusi rolunun olduğunu qeyd edilib.

Qeyd olunub ki, regional əməkdaşlığın inkişafında Azərbaycan ərazisindən keçməklə Rusiya ilə İranın vahid dəmir yolunu birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əlavə imkanlar yaradacaq.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.061790943145752