Ermənistanla danışıqlar hansı səviyyədədir? 

 20-01-2025

"Azərbaycan, Ermənistandan fərqli olaraq, bölgədə dayanıqlı kommunikasiyaların yaradılması, işğaldan azad edilən ərazilərin iqtisadi potensialının inkişafının təmin edilməsi məqsədilə qərb rayonları və Naxçıvan arasında bağlantının yaradılması üçün işlərə davam edir".

Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Nəqliyyat və kommunikasiyaların yaradılması və Zəngəzur dəhlizi məsələsi 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəliyi Ermənistandadır. Bu istiqamətdə, əfsuslar olsun ki, 4 ildir gedən danışıqlar hələ bir nəticə verməyib. Bu proseslər davam edəcək. Paralel olaraq Azərbaycan tərəfi, Ermənistandan fərqli olaraq, bölgədə dayanıqlı kommunikasiyaların yaradılması, işğaldan azad edilən ərazilərin iqtisadi potensialının inkişafını təmin etmək məqsədilə ölkənin əsas ərazisi ilə Naxçıvan arasında bağlantının yaradılması üçün işlərə davam edir. Artıq Ermənistan sərhədinə yeni çəkilən dəmiryol xətti yaxınlaşır, Araz çayı üzərindən İrana körpü tikintisi sürətlə davam edir. Bir neçə alternativlər üzərində işləyirik", - deyə nazir əlavə edib. 

Xarici işlər naziri Ceyhun Bayramov jurnalsitlərə açıqlamasında deyib ki, Ermənistanla postmünaqişə mərhələsində təmaslarımız davam edir.  O, növbəti görüşün tarixinin məlum olmadığını deyib:

"Həmçinin, Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə razılaşma əldə edilməyib. Əsas problem isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddiasının olmasıdır".

O bildirib ki, burada bir neçə istiqamətlər var: "Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar. Mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il ərzində bir neçə görüş baş tutub. Görüşlər arası təmaslar davam edir. Hazırda növbəti görüşün vaxtı və yeri barədə konkret razılaşma yoxdur. Ancaq güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək. 

Azərbaycan və ABŞ arasında münasibətləri hazırda xüsusi olaraq şərh etmək istəməzdim. Ümumilikdə, onu qeyd edə bilərəm ki, həm ABŞ-nin demokratlar administrasiyası, eyni zamanda, bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz birtərəfli yanaşma, Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük.  Ötən il aprelin 5-də ABŞ-nin dövlət katibi, Avropa İttifaqı komissiyasının prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib. Onun tamamilə izahını vermək çətin idi. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin çox intensiv bir mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması qəbuledilməzdir", - o əlavə edib.

Nazir qeyd edib ki, demokratların administrasiyasının həm də 2023-cü ildə birgünlük antiterror tədbirləri ilə Azərbaycan öz dövlət suverenliyini bərpa etdikdən qısa müddət sonra azadlığa dəstək aktına 907 saylı düzəlişə veto qoymaması və bununla Azərbaycanın müəyyən qədər cəzalandırılması niyyəti kimi qərəzli addımlarını gördük:

"ABŞ-də yeni prezidentin inaqurasiyasından sonra növbəti dörd il ərzində respublikaçılar hakimiyyətdə olacaqlar. Güman edək ki, biz yanaşma fərqini müşahidə edəcəyik. Ən azından, Azərbaycan ABŞ-nin normal, proqnozlaşdırılabilən, qarşılıqlı maraqlar, hörmət əsasında formalaşmış münasibətinin tərəfdarıdır. ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçüb".

O bildirib ki, baş konsulluğun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq: "Buna baxmayaraq, diplomatik fəaliyyətimiz dayandırılmayıb, işlər davam edir".

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ ilə Ermənistan arasında strateji tərəşdaşlıq sazişinin imzalanmasının Cənubi Qafqazda təhlükəsizliyə təhdid təşkil edib-etməyəcəyi barədə suala cavab verib.

O, jurnalistlərə açıqlamasında 2 ölkə arasında olan münasibətləri şərh etmək istəmədiyini deyib:

"Ümumilikdə onu qeyd edə bilərəm ki, həm ABŞ Demokratlar administrasiyası, eyni zamanda bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük. Hələ ötən ilin aprel ayında Amerika dövlət katibi Avropa İttifaqı Komissiyasının prezidenti Ermənistan baş naziri arasında presedenti olmayan formatda görüş keçirmişdi. Onun izahatını vermək çətin idi. Xüsusi olaraq Ermənistan Azərbaycan normallaşma prosesinin intensiv mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir.

Ümumilikdə Demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması və bununla müəyyən mənada Azərbaycanı cəzalandırmaq niyyətləri, o cümlədən bir sıra qərəzli addımları gördük.

Bu gün ABŞ-də yeni prezidenti inauqrasiya mərasimi keçiriləcək. Bundan sonra növbəti 4 il ərzində Respublikaçılar hakimiyyətə gələcək. Güman edək ki, burada boz yanaşma fərqini müşahidə edəcəyik. Azərbaycan ABŞ ilə normal, proqnozlaşdırıla bilən qarşılıqlı maraqlar və hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır" - nazir əlavə edib.

Xarici işlər nazirindən Eritreyada saxlanılan gəmilərimizlə bağlı açıqlamasında bildirib ki, Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir. O bildirib ki, Ankara və Moskva səfirlikləri vasitəsilə danışıqlar davam edir:

"Əlavə edim ki, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur. Bildiyiniz kimi, nə Azərbaycanın Eritreyada, nə də Eritreyanın Azərbaycanda diplomatik təmsilçiliyi var. Ancaq əlaqələndirilmiş şəkildə Azərbaycanın Xarici İşlər Nazirliyi, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə əlaqələndirilmiş şəkildə müxtəlif diplomatik missiyalarımız vasitəsilə fəaliyyətdəyik, qarşı tərəflə danışıqlar gedir".

Xatırladaq ki, Azərbaycana məxsus üç gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.

Azərbaycan XİN-dən verilən məlumata görə, 7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreya dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb.

Bənzər yazılar

0.073586940765381