Bir neçə alternativ var - Zəngəzur dəhlizi açıqlaması

 20-01-2025

Nəqliyyat kommunikasiyası və Zəngəzur dəhlizi 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb.

Ölkə.Az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistana burada Azərbaycanın qərb bölgələri ilə Naxçıvan MR arasında məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəliyi qoyulub:

"Əfsuslar olsu ki, ötən 4 ilə yaxın müddətdə gedən danışıqlar hələ ki bir nəticə verməyib. Proseslər bundan sonra da davam edəcək. Buna paralel olaraq Azərbaycan tərəfi təbii ki, Ermənistandan fərqli olaraq bölgədə dayanıqlı kommunikasiyaların yaradılması, işğaldan azad olunmuş ərazilərmizin iqtisadi potensialının tam inkişafını təmin etmək məqsədilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında bağlantının yaradılması istiqamətində işlər davam edir. Həm demək olar ki, Ermənistan sərhədinə yeni çəkilən dəmir yolu yaxınlaşır, eyni zamanda, İran ərazisində Araz çayı üzərində körpü tikintisi sürətlə davam edir. Bir neçə alternativlər üzərində işləyirik", - deyə nazir söyləyib.

Billurə Yunus

Bənzər yazılar

0.060687065124512