Qırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi

 14-03-2025

"Mərkəzi Asiya regionu ölkələri öz aralarında vizasız rejim, turistlər üçün isə region boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi tətbiq etməlidir".

Milletinsesi.info xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Facebook" sosial şəbəkə hesabında Tacikistanla sərhədin delimitasiyası prosesinin başa çatmasını şərh edərkən bildirib.

"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər dövlətlərdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst hərəkət etməyə imkan verən vahid vizanın tətbiqinə başlamalıdır", - deyə o qeyd edib.

Bənzər yazılar

0.068844079971313