Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə görüşüb

 15-05-2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident Kompleksində görüşüb.

MillətinSəsi.info TRT-yə istinadla xəbər verir ki, Ərdoğan Zelenskini Prezident Kompleksinin girişində qarşılayıb.

Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkəndə şəkil çəkdiriblər.

Mətbuata qapalı keçirilən görüşdə milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Görüş 2 saat 40 dəqiqə davam edib.


Bənzər yazılar

0.075779914855957