Azərbaycanın Özbəkistandakı Səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.
“MillətinSəsi.info” “Bakupost”a istinadən xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.
İlqar İbrahimovun ölüm səbəbi bəlli deyil.
Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Özbəkistandakı Səfirliyimizdə birinci katib və konsul vəzifələrini icra edib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.