>

Mina partlayışında həlak olan, "Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədovun meyiti ərazidən ÇIXARILDI

 23-09-2025

Xəbər verdiyimiz kimi Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib.

1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Milletinsesi.info  xəbər verir ki , silahlı qüvvələrin ehtiyatda olan giziri Səyyaf Əhmədovun meyiti ANAMA əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı məlumat yayıblar.

Üç qurumun yaydığı birgə məlumata görə, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü, Baharlı kənd sakini Səyyaf Fiqan oğlu Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Bənzər yazılar

0.093518018722534