>

Ukraynada daha bir azərbaycanlı həlak oldu

 20-09-2025

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı məlumat yayıb.

Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən həyatını itirib.

Onun Ukrayna ordusunun hərbçisi kimi hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışdığı bildirilib.

Bənzər yazılar

0.068347930908203