Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində xatirə imzası çəkib.
“AzPolitika” xəbər verir ki, dövlət başçısı imza çəkmək üçün gözləyərkən “I'm modest man” (Təvazökar insanam) ifadəsini səsləndirib.
Həmin görüntüləri təqdim edirik:
Prezident İlham Əliyevin tədbir çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı da maraqlı anlar yaşanılb.
Sözügedən tədbirdə tərəflər arasında maraqlı dialoq da yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident İlham Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.
Həmin anın videosunu təqdim edirik:
Zirvənin keçiriləcəyi Opera Binasına gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi yanına dəvət edib və ikili arasında maraqlı söhbət olub.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da bu söhbətə qoşulub. Üç liderin samimi və ayaqüstü müzakirəsi iştirakçılar və media tərəfindən diqqətlə izlənilib.
Avropa Siyasi Birliyinin 6-cı Zirvəsində Tüerkiyə, Azərbaycan və Ermənistan liderləri arasında maraqlı bir an yaşanıb.
Qısa müddətli bu söhbət zamanı tərəflərin üzlərindəki təbəssüm və mehriban davranışlar diqqətdən yayınmayıb. Görüntülər bölgədə normallaşma prosesləri baxımından ümidverici siqnal kimi dəyərləndirilib.
Həmin anın da videosunu təqdim edirik: