>

DSMF audit və beynəlxalq sertifikatlaşdırma xidmətlərinə 379 min manat ayırır

 29-08-2025

Dövlət Sosial Müdafiə Fondu audit və beynəlxalq standartlar üzrə xidmətlər alacaq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması üçün tender elan edib.

32gun.az xəbər verir ki, Xidmətin ehtimal olunan qiyməti 310.548,00 AZN təşkil edir.

Bundan əlavə, DSMF üçün ISO 9001:2015 standartı üzrə təlim, sertifikasiya və inspeksiya nəzarəti, eləcə də ISO 37001:2016 standartı üzrə audit və sertifikatlaşdırma xidmətlərinin satın alınması nəzərdə tutulub. Bu xidmətlərin ehtimal olunan dəyəri isə 68.750,00 AZN olaraq müəyyənləşdirilib.

Ümumilikdə hər iki satınalmanın dəyəri 379.298,00 AZN təşkil edir.

Xatırladaq ki, Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.

Müəllif Ayxan 
Mənbə 32gun.az 

Bənzər yazılar

0.071860074996948