Güclü lider, qüdrətli Azərbaycan!

 28-06-2022

Mehriban xanım Əliyevanın qəlbi qurub yaratmaq, yoxsullara, yetimlərə və kimsəsizlərə qayğı, diqqət göstərmək eşqi ilə döyünür. O, vətənini, xalqını, qanı-canı qədər sevir!

Mehriban xanım Əliyeva xalqımızın ən çətin dramatik anlarında da millətimizi tənha qoymur, öz qayğı və diqqətini heç kimdən əsirgəmir. Bütün bunlara görə də ümumxalq məhəbbəti qazanır.

Azərbaycanın lider qadınına məxsus ən nəcib, ən ail keyfiyyətləri, mənəvi əxlaqi dəyərləri özündə birləşdirir və məmləkətimizi bütün dünyada ləyaqətlə tanıdır və təmsil edir. O, həyatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atır. Siyasi rəhbər kimi onun fəaliyyətində ən yaddaqalan məqamlardan ən başlıcası onun ədalət, humanizm və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmasıdır.

Sirr deyil ki, Mehriban xanım daim xalqın yanında olur, xüsusən də fiziki və əqli məhdudiyyətləri olan insanlarla görüşür, sosial müdafiəyə ehtiyacı olan təbəqələrə müntəzəm qayğı göstərir. Artıq gündəlik həyat tərzinə çevrilən onun hər bir xeyirxah əməil Məhəmməd Peyğəmbər Əleyhüssəlamın buyurduğu kimi 100 ilin ibadətinə bərabərdir. Mehriban xanımın maddi mənəvi dəstəyi ilə yüzlərlə xəstə şəfa, yüzlərlə ailə nicat tapıb.

Onun təşəbbüsü, bilavasitə layihələri ilə minlərlə məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial obyektlər tikilib istifadəyə verilmişdir.

Cəsarətlə demək lazımdır ki, Mehriban xanım kimsəsizlərin, yoxsulların və arxasızların dayağıdır.
Hələ XII əsrdə yaşayıb, yazıb yaratmış Şeyx Babamız Nizami Gəncəvi əsərlərinin birində deyirdi:

Çalış ki, xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara.

Göründüyü kimi dahilər dahisi bu misralarını sanki Respublikanın lider qadınının humanist əməllərinə ithaf etmişdir. İndi də gəlin, Birinci Vitse-Prezidentin, Respublikamızın lider qadınının ictimai-siyasi fəaliyyəti, xeyirxah və humanist əməlləri ilə daha yaxından tanış olaq.

Azərbaycan qadını tarixən cəmiyyət və dövlət quruculuğunda, ictimai həyatda kişilərlə çiyin-çiyinə bir sırada yer alıb. Tarixdə Azərbaycan xatunları sərkərdələrə, xaqanlara təkcə dayaq yox, həm də möhtəşəm ideyaların müəllifləri və memarları olublar. Bu gün Azərbaycan qadınının ictimai həyatda iştirakını, fəaliyyətini nəzərdən keçirdikdə bu tarixi ənənənin davam etdiyinin şahidi oluruq.

Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva öz həyat yolu və fəaliyyəti ilə o xatunların bu xüsusiyyətlərini özündə təcəssüm etdirir.

Cəmiyyətdə bir sıra sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Mehriban xanım Əliyevanın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadının daxili dünyasının zənginliyindən, elmi təfəkkürünün aliliyindən, mərdliyindən xəbər verir.

Mehriban xanım cəmiyyətimizin inkişafı naminə gördüyü işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını daha da artırır və onları cəmiyyətdə daha yüksək zirvələr fəth etməyə səsləyir.

Mehriban xanımın həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənır.

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın Birinci xanımının ictimai-siyasi fəaliyyəti Azərbaycan haqqındakı təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Ölkəmiz haqqındakı təsəvvür, insan haqqındakı təsəvvür Mehriban xanımın bu gün də ənənəvi rol oynayan layihələri əsasında tamam fərqli bir şəkildə özünü xarakterizə edib və edir.

Səmimi etiraf edək ki, Mehriban Əliyeva bu gün müstəqil dövlətdə yaşayan qadın obrazını bütün dünyaya lazımi şəkildə təqdiminə nail olub. O, öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırıb. Onun Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə çevrilməsində atdığı addımlar çox əhəmiyyətli hadisədir.

Bu gün YUNESKO-nun, İSESKO-nun, eləcə də digər beynəlxalq nüfuzlu mədəniyyət təşkilatlarının elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, qədim folklorundan söz açılmasın. O, ölkəmizlə bağlı tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdırıb, maraqlı faktlar əsasındakı çıxışları ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub.

Eyni zamanda, onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban xanımın fəaliyyətində özünü təsdiqləyib..

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər diqqətdən kənarda qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür.

Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatı, mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı əməyinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin real qiymətidir.

Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Mehriban Əliyevanın Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçək-ləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Həmin işlər bu gün də uğurla davam etməkdədir. Onun bu və ya digər uğurlu işləri onu "Humanizm simvolu 2012-ci ilin adamı" zirvəsinə qaldırıb.

Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Bu gün gözəl Bakımızda Beynəlxalq Muğam Mərkəzi yaradılıb və fəaliyyət göstərməkdədir. Azərbaycanın dünyanı valeh edən bu ecazkar musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib.

Muğamın daha geniş təbliği nətiəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqsi olan əsrarəngiz muğam musiqisi UNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur "Muğam ustalarının valehedici ifalarının toplandığı "Qarabağ xanəndələri" albomu bu gün bütün dünyada onu sadəcə bircə dəfə dinləyənləri cazibəsindən buraxmır, heyran qoyur.

Hazırda Azərbaycanın, ümumən türksoylu xalqların qədim musiqisi olan aşıq musiqisinin, aşıq yaradıcılığının, Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması istiqamətində ciddi işlər görülür. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil edilməsində də Mehriban xanımın böyük xidmətləri var.

Mehriban xanım Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində bir sıra humanitar proqramlar Azərbaycanı beynəlxalq aləmdə sülhə, yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan proqramlar həyata keçirir. Onun misilsiz fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən zəif təbəqələrinin -aztəminatlı ailələrdən olan uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.

Onun başçılıq etdiyi və Azərbaycan xalqının əfsanəvi ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond bir çox sosial əhəmiyyətli layihələr həyata keçirir. Onların arasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat uğrunda" proqramı xüsusi qeyd edilib.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu, sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Bütün bu əhəmiyyətli faktorlar isə Mehriban Əliyevanın xarizmasında mövcuddur. Bu mövcudluq Azərbaycanın adının daha da uca tutulmasında müstəsna rol oynayır.

tahir abbasli

Tahir Abbaslı
MillətinSəsi.info saytının təsisçisi və baş redaktoru

Bənzər yazılar

0.2168607711792