Xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satırlar

 29-04-2025

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 647 ton donuz piyi gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuz piyinin idxalı 56 faiz və ya 232,6 ton artıb.

Qeyd edək ki, bu il idxal olunan donuz ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,3 dollar (2,1 manat) olub.

Donuz piyi Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Almaniya – 247,9 ton
Danimarka – 227,8 ton
Rusiya – 107,9 ton
İsveç – 48 ,1 ton
Norveç – 15,2 ton

Onu da bildirək ki, xaricdən 2,1 manata idxal edilən donuz piyinin 1 kiloqramı marketlərdə dəfələrlə baha satılır. Məsələn, ölkənin aparıcı marketlərindən olan “Neptun” marketdə donuz piyinin 1 klioqramı 18 manata təqdim edilir.

Elnur Əli

Bənzər yazılar

0.065126895904541