Benyamin Netanyahudan Qərb liderlərinə SƏRT İTTİHAM – “HƏMAS-a cəsarət verirlər”

 23-05-2025

İsrailin baş naziri Benyamin Netanyahu Fransa, Böyük Britaniya və Kanada liderlərini Fələstini dəstəkləməkdə ittiham edib.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb sözügedən ölkə liderlərinin Qəzzaya hücumları dayandırmayacağı təqdirdə İsrailə qarşı “konkret addımlar” atacaqları ilə hədələməsi olub. 

Bundan əlavə Netanyahu Fransa, Böyük Britaniya və Kanadanı Fələstinin HƏMAS silahlı qruplaşmasına kömək göstərmək niyyətində olmaqda ittiham edib.

Qəzzadakı müharibə ilə bağlı beynəlxalq təzyiqin artdığını görən Netanyahu “Siz yanlış tərəfdəsiniz”, deyərək onlara qarşı yönələn rəyləri dəyişmək üçün hökumətinin mübarizə apardığını diqqətə çatdırıb.  

İsrail rəsmiləri Fransa da daxil olmaqla Avropa ölkələrinin Fələstin dövlətinin tanınmasını ilə bağlı çağırışlarından narahatdır.  

Netanyahu bu proses nəticəsində Fələstinin arxayınlaşacağını və İsrailə qarşı təhdidləri artıracağını iddia edib.

Üstəlik, İsrail lideri Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının “Fələstini azad edin” deyə qışqıran biri tərəfindən öldürülməsini bu təhlükənin bariz nümunəsi kimi qələmə verib.

Netanyahu əmindir ki, HƏMAS-ı müdafiə edənlər əslində Fələstin dövlətini istəmirlər, sadəcə olaraq, yəhudi dövlətini məhv etmək istəyirlər.

“Mən Fransa, İngiltərə, Kanada və başqalarının bu sadə həqiqətdən necə yayındığını heç vaxt başa düşə bilmədim. Qərb ölkələrinin Fələstin dövlətini tanımaq üçün hər hansı addımı bu qatilləri ən yüksək şəkildə mükafatlandıracaq. Xüsusən də bu üç lider sülhü inkişaf etdirmək əvəzinə, Həması mübarizəni əbədi olaraq davam etdirməyə cəsarətləndirirlər”.

Xatırladaq ki, İspaniya, İrlandiya və Norveç kimi Avropa ölkələri ötən ilin mayında Fələstini rəsmən müstəqil dövlət kimi tanıyıblar.

Bənzər yazılar

0.07149600982666