>

FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı

 21-08-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiya və Türkiyə şirkətləri ilə 3 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 26 milyon manat olan satınalma müqavilələrinin biri Rusiyanın Milli Aviasiya Xidməti Şirkəti (“Национальная Авиационно-Сервисная Компания”) ilə, ikisi isə Türkiyənin “Falcon Teknoloji ve Dış Ticaret Limited” şirkəti ilə bağlanılıb.

Qeyd edək ki, Rusiya şirkəti FHN-in sifarişi əsasında “KA-32A” tipli helikopterə məxsus 1 ədəd VR-252 L20809008K nömrəli reduktorun sükan vintini təmir edəcək. Bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 1 milyon 578 min 526,2 manat ödəyəcək.

Türkiyə şirkəti isə FHN-in sifarişi əsasında “Mİ-17-1V” tipli helikopterə məxsus 1 ədəd aparıcı vintin vtulkasının təmirini həyata keçirəcək və qarşılığında 17 milyon 184 min 369 manat alacaq. Bundan başqa, Türkiyə şirkəti “KA-32A” tipli helikopterin NP92A-5 № 091082, 081051, 081047, 081048 Plunger nasosların istismar müddətinin uzadılmasını da həyata keçirəcək və qarşılığında 7 milyon 145 min 203 manat alacaq.

Qeyd olunan bütün işlərin gələn ilin sonunda başa çatacağı bildirilir.

Xatırladaq ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Elnur Əli

Bənzər yazılar

0.068197965621948