>

Xızının Şorabad qəsəbəsində Aqronom pomidoru pulsuz təklif edir: “Yığın, aparın” – Video

 20-08-2025

Xızının Şorabad qəsəbəsində yerləşən bostanın sahibi qeyri-adi təklif irəli sürüb. 

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “Bayern Alman Aqronom Xidmətləri” MMC-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Aqronomun paylaşdığı məlumatda deyilir ki, hazırda bostanda xeyli yetişmiş pomidor var, lakin satmaqda çətinlik çəkilir: 

“Bir çox fermerlər məhsullarını sata bilməyəndə onları çölə tökürlər. Mən bu işi etmək istəmərəm. Burada 1 hektarlıq ərazidə 100 tondan artıq pomidor var. Adam tapıb yığa bilmirik. Satmaqda da çətinliklər var”.

Aqronom təklif edir ki, imkanı çatmayan şəxslər gəlib, pomidorları yığıb apara bilər. 

Videonu təqdim edirik:

(Yeniavaz.com)

Bənzər yazılar

0.083241939544678