Mərkəzi Bankın (AMB) Bakının Nizami rayonunda tikilməkdə olan yeni inzibati binasına indiyədək 477 milyon 348 min manat vəsait sərf olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi bankın maliyyə hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, baş podratçı və digər təşkilatlarla imzalanmış müqavilələr çərçivəsində 434,703 min manat, digər kapital qoyuluşları üçün isə 42 milyon 735 min manat xərclənib.
Binanın tam təhvil verilməsi üçün gələcəkdə 153 milyon 883 min manat əlavə vəsaitin xərclənməsi planlaşdırılır.
Nəticədə, bu tikinti layihəsinin ümumi dəyəri 631 milyon 231 min manat təşkil edəcək.
Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq. Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.
Xatırladaq ki, Türkiyənin “Tekfen Holding” şirkəti, törəmə şirkəti “Tekfen İnşaat”ın Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi tenderinin qalibi olduğunu açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri vəzifəsinə Taleh Tahir oğlu Kazımov təyin edilib.
Elnur Əli





































