Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi

 02-06-2025
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

MillətinSəsi.İnfo Teleqraf.az-a istinadən xəbər verir ki, o bundan sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.

S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.

AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.

Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.

Bənzər yazılar

0.065703153610229