Lənkəran Dövlət Universitetinin konfranslarının təşkili üzrə tender keçirib.
Tenderin qalibi “Ukrayna Ticarət Evi” MMC olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 56.793,4 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Satınalınacaq xidmət və avadanlıqlar kofe-breyk, konfrans üçün xüsusi qələm, səhər yeməyi (50 nəfərlik), günorta yeməyi (65 nəfərlik), banket (65 nəfər), konfrans üçün lövhə (1.2x3), LDU loqolu blaknot və çanta və s. yer alır.
32gun.az-ın əldə etdiyi vergi əsaslarına görə, qalib böyük borcu var – 170394.12 AZN.
Həmçinin səyyar vergi yoxlamaları üzrə 1.149.678,42 AZN əlavə vergi və 700.217,03 AZN maliyyə sanksiyası tətbiq olunub. Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Fuad Məhərrəmov Rövşəndur.
Mediada gedən məlumatlara görə, Şirkət deputat Əlibala Məhərrəmzadəyə məxsusdur.
Qeyd etmək lazımdır ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur




































