>

Bakı Texniki Kolleci üçün təsərrüfat malları alınacaq

 28-08-2025

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci təsərrüfat mallarının satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalma üçün nəzərdə tutulan ehtimal olunan məbləğ 20 min 966,24 manat təşkil edir.

Alınacaq mallar sırasında kilid, gürz, qaynaq simi, daşlama daşı, dəmir üçün sverlo dəsti, ağac qayçısı, kəlbətin, oraq, müxtəlif ölçülü mismar və şruplar, lehimləmə aləti, lyuminisent lampalar, tozsoran, elektrik xətləri üçün kanal, istilik radiatoru və digər təsərrüfat vasitələri yer alır.

Bundan başqa, Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci maşın və avadanlıqların satınalınmasını planlaşdırır. 

32gun.az xəbər verir ki, Satınalma çərçivəsində pult proyektor üçün avadanlıqlar, ehtiyat qida mənbəyi (UPS), flaş kart, proyektor üçün ekran, personal kompüter, skaner, printer, optik maus və noutbukların alınması nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 89.505,05 AZN olaraq göstərilib.

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovdur.

Mənbə 32gun.az

Bənzər yazılar

0.069317102432251