>

Bakıdakı qəzalı binaların söküntü işlərinin layihələndirilməsi üçün 63 min AZN xərclənəcək

 28-08-2025

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tender elan edib.

32gun.az xəbər verir ki, adı keçən idarə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə elan verib.

Ehtimal olunan qiymət 63.052,45 AZN-dir.

İdarə Heyətinin sədri Ramin Abdullayevdir.

Müəllif Ayaz
Mənbə 32gun.az

Bənzər yazılar

0.13827180862427