Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində meşə zolağının qurudulması kənd sakinlərini narahat edib.
Bu barədə Oxu.Az-a müraciət edən sakin bildirib ki, Kürdəxanı qəsəbəsində meşə zolağı kimi tanınan ərazidə yüzlərlə həmişəyaşıl ağacları süni şəkildə qurutmağa çalışırlar.
"Demək olar ki, meşə massivi tamamilə qurumaq üzrədir. Amma buna diqqət edən yoxdur",- deyə şikayətçi bildirib.