DTX-dən ƏMƏLİYYAT: Qaxın icra başçısı və müavinləri saxlanıldılar

 20-06-2025

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Onlar Bakıya gətirilib.

Onu da qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Saxlanılan icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Əldə etdiyimiz məlumata görə, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir. Həmçinin onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

 

Bənzər yazılar

0.071747064590454