"Əkinçi” və Ədəbiyyat: Sözə dəyər verən qəzet

 22-07-2025

Əkinçiyalnız bir qəzet deyildi – o, həm  Azərbaycan milli oyanışının sözə çevrilmiş səsi, maarifin, mədəniyyətin, ədəbiyyatın keşiyində dayanan ilk işıq idi.

1875-ci il. Mədəni gerilik, savadsızlıq, cəhalət girdabında boğulan bir toplum. Elə bu vaxt Həsən bəy Zərdabi çıxış yolunu mətbuatdasözün gücündə, maarifin nurunda, ədəbiyyatın qəlbləri oyadan sehrində gördü.  ortayaƏkinçiçıxdı. Bu qəzetin hər səhifəsi yalnız əkin-biçindən, torpaqdan yox, sözə  ədəbiyyata olan dərin inamdan da xəbər verirdi.

Əkinçi”nin səhifələrində bəzən xalq ədəbiyyatı nümunələri, bəzən  müasir ədəbi düşüncələr yer alırdı. Zərdabi xalq arasında yayılan atalar sözlərini, məsəlləri, nəsihətamiz hekayələri, lətifələri qəzetdə dərc etməklə həm folkloru yaşadır, həm  oxucuya doğma gələn bir üslubla mesaj verirdi.

Eyni zamanda, qəzet oxucunu ana dilində yazmağa  yaratmağa çağırırdı. Həsən bəyin dili ilə desək:cƏgər bir millətin dili inkişaf etməzsə, onun ədəbiyyatı da solacaq. Ədəbiyyat dili yaşadır, dil isə ədəbiyyatı bəsləyir.”

Əkinçi”nin məqsədi yalnız informasiya vermək deyildi. Əsas vəzifəxalqı düşündürmək, maarifləndirmək, oyatmaq idi. Bunu da o dövr üçün ən təsirli vasitəədəbiyyatla həyata keçirirdi. Qəzetdə yer alan əhvalatlar, təmsillər, mənalı hekayələr insanları düşündürməyə vadar edir, bəzən tənqidi bir güzgü, bəzən  örnək bir aynaya çevrilirdi.

Məsələn, “Bədbəxt bir kişi haqqında əhvalatkimi sadə, lakin mənalı yazılar insan psixologiyasını, cəmiyyətin problemlərini aydın  təsirli şəkildə ortaya qoyurdu. Bu isə maarifçiliyin ədəbi forması idi.

Əkinçiqəzetinin açdığı yol, ədəbiyyata verdiyi önəm sonrakı yazıçı  şairlərə  yol göstərdi. Axundovun realist ənənələrindən ilham alan Zərdabi, tənqidi realizmi  maarifçilik ideyalarını mətbuatla birləşdirdi. Bu isə “Molla Nəsrəddinədəbi məktəbinin, eləcə  XX əsrin böyük realist ədiblərinin yaranmasına zəmin yaratdı.

O dövrdə bir çoxaydınlarədəbi dili qəliz  başa düşülməz etməkdə israrlı idilər. Zərdabi isə bunun əksinə olaraq, ədəbiyyatın xalqın dili ilə yazılmasını, hər kəsə çatmasını istəyirdi. Onun bu mövqeyi ədəbiyyatın elitar deyil, xalqın malı olduğuna dair möhkəm bir düşüncəyə əsaslanırdı.

Əkinçiqısa ömür sürdü, amma ədəbiyyatla xalq arasında körpü salmağı bacardı. O, xalqı təkcə əkinə, torpağa yox, sözə, düşüncəyə, maarifə səslədi. Bu gün ədəbiyyatın cəmiyyətə təsirindən danışırıqsa, onun təməlindəƏkinçi”nin ruhunu hiss etməyə bilmərik.

Həsən bəy Zərdabi üçün ədəbiyyatxalqın aynası, cəmiyyətin vicdanı, maarifin dili idi. “Əkinçiisə bu anlayışın ilk səsi, ilk vəsiləsi oldu.

Günel Hümmətova (Pəniyeva) Saleh

ADPU- nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının  baş müəllimi, f.ü.f.dok

Bənzər yazılar

0.068091869354248