>

Elm və Təhsil Nazirliyi Sumqayıt şəhər 21 nömrəli məktəbin əsaslı təmirinə 4,4 milyon manat xərcləyəcək

 20-08-2025

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən  tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Meqaplus” firması (VÖEN – 2900377921 ) Sumqayıt şəhər 21 nömrəli 1 176 şagird yerlik məktəbin əsaslı təmiri işlərini həyata keçirəcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi görüləcək işlər üçün “Meqaplus” firmasına 4 milyon 434 min 254 manat 38 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən “Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.

Elnur Əli

Bənzər yazılar

0.066751003265381