Avqustun 13-də Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi parad keçirilib.
Müdafiə Nazirliyindən MillətinSəsi.İnfo-ya verilən xəbərə görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistandakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Hərbçilərimizin paradda keçiddi coşğu ilə qarşılanıb.
Komando heyətimizin şərəfinə “Pakistana xoş gəlmisiniz. Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” kimi ifadələr səsləndirilib.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Hərbi paradı izləyənlər arasında Pakistan Prezidenti Məhəmməd Şahbaz Şərif və Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir də yer alıb.






































