Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sosial şəbəkə hesabında yazıb.
“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq.
Toplantı, Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Antonio Koşta qeyd edib.
Antonio Koşta həmçinin qeyd edib ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.