Səbəbi məlum olmayan XƏSTƏLİK – Revmatizm nədir və kimlər xüsusi RİSK ALTINDADIR?

 23-05-2025

Tez-tez oynaqlarında, əzələlərində ağrı olan şəxslərdən bunun səbəbini soruşduqda bir çoxu  revmatizmdən irəli gəldiyini deyir. Ancaq revmatizmin təsiri heç də oynaqlarla bitmir.

Belə ki, bu oynaqlara, əzələlərə, birləşdirici toxumalara, bəzən isə daxili orqanlara təsir edən iltihabi və autoimmun xəstəliklər qrupudur. Hətta revmatizm xəstələri tez-tez hava dəyişikliklərini hiss etdiklərini bildirirlər. Ümumiyyətlə, bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxdur.

Maraqlıdır ki, bu xəstəliyin səbəbi nədən qaynaqlanır?

Bizim.Media mövzuyla əlaqədar revmatoloq Məğrur Məmmədovun fikirlərini öyrənib.

Revmatoloq deyir ki, heç bir revmatoloji xəstəliyin səbəbi məlum deyil:

“Son vaxtlar revmatik xəstəliklərin fərqlilikləri artıb. Burada bakteriya, bağırsaq xəstəlikləri, ətrafdakı faktorlar rol oynayır. Amma dəqiq bir səbəb hələ də bəlli deyil. Revmatizm xəstələrində autoimmunun var. Bu da bədənin immun sisteminin doğru çalışmayaraq öz toxumalarını  məhv etməsidir. Bu dərini, saçı ürəyi, böyrəyi, ağ ciyəri, beyini, damarları və s. zədələyir”.

Məğrur Məmmədovun sözlərinə görə, revmatoloji xəstəliklər sistemik olduğu üçün bunları eyni anda edir.

“Revmatizmin orqanlara təsiri klinik olaraq şikayətlərə görə dəyişir. Məsələn, xəstədə oynaqlarda ağrı, şişkinliklərlə, oynaq tempraturu şikayətilə, digər orqanlarda isə həmin orqana bağlı şikayətlər yaranır”.

Müsahibimiz revmatizm xəstələrinin çox olmasının nədən qaynaqlandığı barədə öz fikirlərini bildirib.

“Revmatizm xəstələrinin çox olmasında stresin, bu xəstəliklərə genetik yatqınlığın olması, digər xroniki xəstəliklər, sağlam olmayan qidalar, düzgün yuxu rejiminin, istirahətin olmaması, tez-tez infeksiyalara yoluxma rol oynayır”.

Bənzər yazılar

0.067430019378662