>

Psixoloq Nilufər Abdullanın ölümü ilə bağlı araşdırmalara başlandı

 18-08-2025

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma başlanıb.

Psixoloq Nilufər Abdullanın "Etalon" hospitalda liposaksiya əməliyyatından sonra ölümü faktına görə Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 36 yaşlı psixoloq Nilufər Abdulla "Etalon" hospitalda liposaksiya əməliyyatı olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və avqustun 15-də vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

Bənzər yazılar

0.068804979324341