Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qardaşlığımıza batan xəncər əbədiyyən məhv olacaq"

 12-05-2025

“PKK-nın özünü ləğv etməsi ilə bağlı qəbul etdiyi qərarı millətimizin, qardaşlığımızın birliyi üçün mühim addım kimi qəbul edirik”.

"MillətinSəsi.İnfo" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.

O, bəyan edib ki,  “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur:  “Qardaşlığımıza batan xəncər əbədiyyən məhv olacaq. Kəşfiyyatımız və hökumətimiz verilən sözlərin tutulmasından əmin olmaq üçün bundan sonrakı prosesi yaxından izləyəcək.

Daha detallı məlumatı qarşıdakı günlərdə ictimaiyyətə çatdıracağıq. Bunu bildirmək istəyirəm ki, milliyyətindən asılı olmayaraq hamımız Türkiyə vətəndaşıyıq. Bundan sonra da belə olacaq. Bu qərarın ən çox qazananları şəhid ailələri və illərlə evindən, yurdundan olan kürd qardaşlarımdır. İqtidar olaraq 40 ildən artıq davam edən terrorizmi aradan qaldırmağımızda başda MHP lideri Devlet Bahçeli olmaqla hər kəsə təşəkkür edirəm”.

Dövlət başçısı qeyd edib ki, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər olacaq.

Türkiyə Prezidenti həmçinin Rusiya və Ukrayna arasında İstanbulda gözlənilən görüşlə bağlı da danışıb. (AzPolitika)

Daha ətraflı videoda:

Bənzər yazılar

0.07892918586731