Vətən müharibəsinin iştirakçısı narkozdan sonra komaya düşdü - 72 saat vaxt qoyuldu

 16-05-2025

Vətən müharibəsinin iştirakçısı, Ucar rayon sakini Sübhan Hüseynov komaya düşüb, vəziyyəti kəskin ağırdır.

MillətinSəsi.info Bakupost.az-a istinadla xəbər verir ki, o, Ucar Rayon Mərkəzi Xəstəxanasında "tükdönməsi" əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.

Həkimlər onun ailəsinə Sübhanın ayılmadığını, kliniki ölüm keçirdiyini və 72 saat ərzində özünə gələcəyini bildiriblər. Həkimlərin verdiyi məlumata görə, təcili tədbirlər görülməsə, qazimiz həyatını itirə bilər.

Qeyd edək ki, Sübhan Hüseynovun atası İlham Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib.

Bənzər yazılar

0.06318998336792