"Biz konstruktiv dialoqa başlamalı, vədlərimizi əməllərə çevirməliyik. Deyilənlər əməldə əksini tapmır. Məsələn, BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri mütləq qüvvəyə malikdir. Lakin bəzi ölkələr bu qətnamələri seçim əsasında tətbiq edirlər, TŞ-nin beş daimi üzvü isə buna ikili standartlarla yanaşır".
Milletinsesi.info xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı" mövzusunda paneldə Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo deyib.
O vurğulayıb ki, bəzi ölkələr TŞ-nin veto hüququndan müəyyən hallarda sui-istifadə edirlər:
"Biz BMT sistemini düzəltməliyik, tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə, inkişaf edən ölkələrə qarşı. Bunu BMT səviyyəsində etməliyik. Çin və ABŞ dost ola bilərlər".
Məhərrəm Əliyev