Zelenski Putinin atəşkəsə dair bəyanatına münasibət bildirdi

 14-03-2025

"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır".

Milletinsesi.info UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz hamımız Putinin çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq, indiyə olan vəziyyətə görə, imtina etməyə hazırlaşır", - deyə Zelenski bildirib.

Xatırladaq ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin onun uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalı olduğunu bildirib.

Bənzər yazılar

0.075201988220215