Məzahir Pənahov seçkilər barədə: Bu, bir ilkdir - VİDEO

 20-01-2025

Şəhidlərimizin ruhu şad olsun. Yəqin ki, onların ruhu şaddır. Bu gün üçün şəhid oldular. Biz də müstəqil Azərbaycanda inkişafın demək olar ki, ən sürətli məqamlarını yaşayırıq. Yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək. Bülletenlərə təxminən 17 minə yaxın namizəd daxil edilib.

Ölkə.Az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 685 bələdiyyədə 8071 üzv seçilməlidir: "Əfsuslar olsun ki, hələ işğaldan azad edilmiş ərazilərdə yenə də bələdiyyə seçkiləri keçirilməyəcək, amma hesab edirəm ki, artıq növbəti seçkilərdə Azərbaycanın bütün ərazilərində bələdiyyə seçkiləri keçiriləcək. 

Artıq 10 gün qalıb. Hesab edirəm ki, insanlarımız ciddi əhəmiyyət verərək bələdiyyə seçkilərində səs verəcəklər. Məndə olan məlumatlara görə, bütün bələdiyyələrdə həmin ərazidə tanınan insanlar ya özləri, ya da siyasi partiyalar namizədliklərini irəli sürüblər. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü bu seçkilərdə iştirak edir. Bunun özü də bir ilkdir", - deyə o əlavə edib.

Billurə Yunus

Bənzər yazılar

0.060360908508301