TASS guya günahını anladı: üzrü səhvindən betər

 01-08-2025

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbərinə guya düzəliş edib.

MilletinSesi.info xəbər verir ki, TASS məluma xəbərin başlığından “Stepanakert” ifadəsini çıxararaq “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi sökülüb” kimi düzəliş edib.

Bu da bir atalar məsəlində deyildiyi kimi: “üzrü səhvindən betər” məsəlini xatırladır.

Onu da bildirək ki, Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

MillətinSəsi.info xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.

Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da, 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə “Stepanakert” kimi verilib.

TASS bilməmiş deyil ki, artıq Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir ərazi yoxdur. Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur kimi iqtisadi bölgələr mövcuddur və mərkəzi Xankəndi şəhəridir!

Bununla da TASS növbəti bir yanlışlığa və kobud səhvə yol vermiş olub.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb. 





(Ölkə.az)

Bənzər yazılar

0.070420026779175