Tariximizin QANLI YADDAŞI 20 Yanvar

 20-01-2025

Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır.

Ulu Öndər Heydər Əliyev deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

Azərbaycan tarixinə Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi, həmçinin 20 Yanvar Bakı faciəsi adı altında yazılan həmin gün illər, əsirlər keçsə də xalqımızın, gəncliyimizin yaddaşlarında silinməyən iz kimi qalacaq.

Hansı günki - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Və bu anla həm Azərbaycan Respublikasının yaranmasında.

Müstəqilliyində canlarını süpər etmiş soydaşlarımızın şəhidlik zirvəsinə ucalması, həm də qanları bahası ilə müstəqilliyimizi əldə edilməsinin tarixi sübutu oldu. Şəhidlik zirvəsi ilə neçə soydaşımız öz bayraqlarının müstəqillik zirvəsində, mavi səmada dalğalanmasına nail oldu.

Bu şücaəti bu gün gənclərimiz bilməlidir və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı vəhşilik edərək qətliam törətmiş Sovet İttifaqı ordusunun vəhşiliyin, xalqının isə igidliyinin tarixini bütün ruhu ilə hiss etməlidir.

Gəncliyimiz onu da bütün varlığı ilə dərk etməlidir ki, bu qanlı cinayət xalqımızın azadlıq eşqini söndürə bilməyib, əksinə xalqımızın qanı bahasına olsa da, öz dövlət müstəqilliyinə qovuşmasına daha da həvəsləndirib və ona da nail olmasına səbəb oldu.

Nəticədə Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azəraycanın yenidən müstəqilliyə qovuşmasına nail oldu.

Bu gün bir də ona görə önəmli tarixi gündür ki, həm ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyinin sübutunu etdiyi gündür.

Sübuta ehtiyacı olmayan bu xalqın vətəninə olan sevgisinin bariz göstərici Qanlı Yanvar faciəsində 147 Azərbaycan vətəndaşının şəhid olması, 638 nəfərin yararlanması və xəsarət alması, 841 nəfərin isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri kobudcasına pozulmasının həm hüquqi, həm də mənəvi və əyani göstəricisidir.

Azərbaycan xalqının başının üstünü almış qara buludlardan qurtulmasının əsas yolu passional şəxsin hakimiyyətə gəlməsi və yenicə müstəqqilliyin əldə etmiş, dünyaya yeni gələn körpə kimi böyüdülməyə, qayğıya ehtiyacı olan bir dövlətin bir siyasət altında birləşməyinə ehtiyac duyuldu.

Bu öhdəlik isə 1990-cı ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə güclü siyasətçiyə həvalə edildi. Gəlişi ilə Azərbaycanın müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.

Bundan sonra 1990-cı ilin Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənlərinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Bu qanlı faciə hər il Azərbaycan xalqı tərəfindən izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır və 20 yanvar şəhidlərinin xatirəsini əziz tutur.

Nəyinki bu faciə sadə xalq tərəfindən eyni zamanda dövlət tərəfindən də hər il dönümündə şəhidlərin xatirəsi daim uca tutularaq Dövlət başcısı Prezident İlham Əliyev şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstəririr, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əkili qoyaraq şəhidlərimizin xatirəsini əziz tutur.

1990-cı ildən bu günə kimi hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Günel Hümmətova (Pəniyeva) Saleh qızı

ADPU-nun Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.060940980911255