“Mən heç yerə getmirəm. Bütün zarafatlar bir yana".
Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden vəzifəsinin son günündə Cənubi Karolinada qaradərili xristianlarla görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
Vəzifəsini tərk edən prezident ilk çıxışı zamanı dəfələrlə özünü itirdi.
"Mən də... Mən də... Delaver ştatından, müflis oldu... Mən Pensilvaniya ştatının Skrenton şəhərindənəm, orada da yaxşı deyildi. Ştatımın cənub hissələri sizin kimi gülməli danışırdılar, bilirsiniz ki, nə demək istəyirəm", - Bayden qeyd edib.
Çıxışını davam etdirən Bayden əlindəki kiçik kartlara baxaraq təqlid edərək əlavə edib:
“Nişan olanda gedirdim... Plan etmirdim... Bioqrafiya oxumağı xoşlayırdım, ona görə də bilirdim ki, prezident olacam. Mən əvvəllər kə-kə-kəkələyirdim".
Mürtəza
Ölkə.Az