Çinin sirli raketi: ABŞ təyyarələri təhlükədə...

 20-01-2025

Çin məxfi “hava-hava” hipersəs raketinin son sınaqlarını keçirib.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

"Yeni məhsul Amerikanın ən son hərbi təyyarələri üçün ciddi təhlükə yarada bilər. Nəhəng layihədə iştirak edən elm adamları “hava-hava” hipersəs raketlərinin həddindən artıq istiliyə davamlılıq sınaqlarından keçdiyini bildiriblər. Bu, ABŞ hərbi təyyarələri, o cümlədən B-21 gizli bombardmançı təyyarəsi üçün görünməmiş təhlükə yarada biləcək sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir", - məlumatda deyilir.

Bənzər yazılar

0.064965009689331