Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Qərb mətbuatında dərc olunan Rusiyanın 2025-ci il üçün işğal planları ilə bağlı iddialara cavab verib.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, Ukrayna rəsmisi bu ildə Rusiyanın həm canlı qüvvə, həm də texnika baxımından daha çox itki verəcəyini bildirib.
"Rusiya Kiyevi üç günə planlaşdırırdı, Ukraynanın mövcudluğunu dayandıracağını deyirdi. Ayrı-ayrılıqda müəyyən siyasətçilər "Ukrayna yoxdur" söyləyirdi. Qısaca deyim: Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifləməsi və naməlum qüvvələrin gücləndirilməsi nəticəsində daha da çox infrastrukturu, insan və texnikasını itirməsi ehtimalı yüksəkdir”, - deyə o qeyd edib.
Həmçinin, Yermakın fikrincə, əhali üzərində sərt nəzarətin yaradılması ilə Rusiyanın Şimali Koreyanın “bacısı” olma ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Velt" nəşrində yayımlanan məqalədə Rusiyanın bu il Ukraynanın 4 vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə işğal edəcəyi bildirilib.