İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi

 31-12-2024

Bir neçə ay bundan əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi vəzifəsindən azad olunan general-mayor Azər İbrahimov yeni vəzifəyə təyin olunub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə məlumatı Gununsesi.info yayıb.

Məlumata görə, bundan sonra Azər İbrahimov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müşaviri vəzifəsində işləyəcək.

Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.

“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.

Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.

Bənzər yazılar

0.058737993240356