Külli miqdarda qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur

 31-12-2024

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.

"Unikal.org" xəbər verir ki, o, Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşıdır.

Sözügedən şəxsin fotosunu təqdim edirik:

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılmışdı.

Bənzər yazılar

0.056587934494019