Veteran cüdoçularımız Avropa çempionatında daha 3 qızıl medal qazandı

 25-05-2025

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

MillətinSəsi.İnfo xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.

Xatırladaq ki, ötən gün Fərhad Rəcəbli (90 kq) qızıl medala sahib olub. 




Bənzər yazılar

0.06680703163147