Azərbaycan millisi Qızıl Avropa Liqasında Sloveniyaya məğlub olub

 01-06-2025

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"MillətinSəsi.İnfo" xəbər verir ki, komanda Sloveniya seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzmuşdu.

 

Bənzər yazılar

0.065277099609375