Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub

 24-06-2025

Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzadə arasında telefon danışığı olub.

MilletinSesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri İranın Tasnim agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Nəsirzadə ABŞ-ı regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyi adlandırıb.

“Biz regionda və bütün dünyada sülh və sabitlik naminə birlikdə səy göstərə bilərik”, - o, rusiyalı həmkarına deyib.

 

Bənzər yazılar

0.071851015090942