Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib

 21-06-2025

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

MilletinSesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, vəzifə cinayətlərində şübhəli bilinir.

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu başa vurud.

Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var

Qeyd edək ki, Musa Şəkiliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə və Qaxın keçmiş, Zaqatalanın hazırkı icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur.

Bənzər yazılar

0.068893909454346