“İranın Bəhreyndə yerləşən ABŞ hərbi bazasına hücum edəcəyi gözlənilir.”
MilletinSesi.info xəbər verir ki, NBC telekanalının yaydığı məlumata görə bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onu da bildirək ki, ABŞ Prezidenti Donald Tramp İranın İraq və Qətərdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələrlə əlaqədar ali rəhbərliyi təcili müşavirəyə çağırıb.
İran Silahlı Qüvvələri ABŞ-nin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Qətərdəki Amerika bazasına raketlərlə hücum edib.
Qətər atılan bütün raketlərin zərərsizləşdirdiyini bildirib. İranın hücumu nəticəsində xəsarət alan olmayıb.