Gənc azərbaycanlı Bundesliqa klubu ilə müqavilə imzaladı

 01-06-2025

Azərbaycanlı gənc futbolçu Murad Həmidov Almaniyanın "Elversberq" klubunun U-17 komandası ilə müqavilə imzalayıb.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə İdman.biz məlumat yayıb.

Murad kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb və 14 yaşında karyerasını inkişaf etdirmək məqsədilə Almaniyaya köçüb. Cəmi bir il yarım ərzində yüksək səviyyəyə yüksəlməyi bacarıb və öz yaş kateqoriyasında ən güclü oyunçular sırasına düşüb.

"Elversberq"lə imzaladığı müqavilə gənc futbolçunun karyerasında mühüm mərhələ hesab olunur. Murad bu komandada təcrübə toplayıb inkişaf edəcəyinə və gələcəkdə Azərbaycanı, o cümlədən milli komandamızı beynəlxalq arenada təmsil edəcəyinə ümid edir.

Bənzər yazılar

0.065644979476929