Polşada Jeşuv şəhərinin hava limanında Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
MillətinSəsi.İnfo-nun "RBK Ukrayna"ya istinadla verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib.
Onun sözlərinə görə, sui-qəsdi Polşa vətəndaşı olan və onlarla il əvvəl casusluğa cəlb edilmiş hərbi təqaüdçü həyata keçirmək istəyib. İddiaya görə, kişi sovet ideyasına müqəddəs şəkildə inanıb və öz niyyətini uzun illər planlayıb. Zelenskinin aradan qaldırılması üçün bir neçə üsul, o cümlədən FPV-dron və ya snayper kompleksi istifadə etmək nəzərdən keçirilib.
Malyukun sözlərinə görə, şübhəli şəxs Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşlarının köməyi ilə saxlanılıb.