İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə informasiyanı İsrail baş nazirinin ofisi yayıb.
Liderlər Qəzza sektorunda qalan HƏMAS dayaq məntəqələrinin nəzarətə götürülməsi planlarını, müharibənin başa çatdırılmasını, girovların azad edilməsini və HƏMAS-ın zərərsizləşdirilməsini müzakirə ediblər.