4 manatlıq bu inşaat şirkəti DVX-nin "qara siyahı"nda - Direktoru görün kimdir

 07-08-2025

"ESR İNŞAAT"  Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər arasındadır. 

32gun.az xəbər verir ki, şirkət Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb.

Şirkətin qanuni təmsilçisi, direktoru Emil Tağıyev Həsən oğludur. Nizamnamə kapitalı isə cəmi 4 manatdır.

Riskli vergi ödəyiciləri siyahısına düşmək adətən vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf fəaliyyət və ya digər hüquqi uyğunsuzluqlar səbəbilə baş verir.

Hazırda şirkətin adının bu siyahıya hansı konkret səbəblə salındığı bəlli deyil. 

Müəllif Ayaz 
Mənbə 32gun.az

Bənzər yazılar

0.064457178115845