Qarabağda döyüşməkdə təqsirli bilinərək, 20 il müddətinə azadlıqdan məhrum edilmiş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etməsi barədə Ermənistan mətbuatında məlumat yayılıb. Ermənistan KİV-i yazır ki, Viken Eulcekcian artıq 20 gündür, aclıq aksiyasına başlayıb.
MillətinSəsi.İnfo "Report"a istinadla xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Cinayət Məcəlləsinin 114.3-cü (muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.






































